MDB-də vahid viza tətbiq ediləcək

MDB-də vahid viza tətbiq ediləcək

22 Oktyabr 2019 17:23
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Xarici İşlər nazirinin müavini açıqlama verib

“MDB məkanında vahid viza sisteminin tətbiqi müsbət addım ola bilər”.

Bunu Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko deyib.

Onun sözlərinə görə, vahid vizanın tətbiq olunması tez bir zamanda mümkün ola bilməz: “Sözsüz ki, MDB məkanında vahid vizanın mümkün tətbiqi birlik ölkələrinin digər dövlətlərlə işgüzar və turizm təmaslarının inkişafına müsbət təsir göstərərdi. Bununla belə, MDB-yə üzv dövlətlərin hər birinin öz viza və miqrasiya siyasətini həyata keçirdiyi faktını nəzərə almamaq olmaz. Bu sahədə ölkələrimizin milli qanunvericilikləri ilə bağlı vəziyyət heç də hər zaman üst-üstə düşmür”.

A. Rudenko vahid viza sisteminin tətbiqi ilə bağlı ölkəsinin Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin mövqeyini bölüşdüyünü vurğulayıb:

“Məlum məsələ hər şeydən öncə ekspertlər səviyyəsində bütün müvafiq dövlət orqanlarının iştirakı ilə hərtərəfli öyrənilməlidir. İlk növbədə MDB ölkələri sırasında vahid vizanın tətbiqində marağı olanları və onların miqrasiya qanunvericiliyinin yaxınlaşdırılması planında güzəştli həllə hazırlığını müəyyən etmək tələb olunur. Bu cür vahid vizanın tətbiq edilməsi üçün ümumi işin qiymətləndirilməsi də vacibdir. Bu, təəssüf ki, sürətli bir yol deyil. Ona görə də belə bir mexanizmin işə salınması üçün hər hansı bir konkret vaxt barədə danışmaq hələ tezdir”.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)