"Şimal Axını-2": artıq maneələr yoxdur - Video

"Şimal Axını-2": artıq maneələr yoxdur - Video

31 Oktyabr 2019 13:57
Bəyəndim (0) Bəyənmədim (0)

Oxumeni.az evronews-ə istinadən xəbər verir ki, Danimarka Energetika Agentliyi Nord Stream 2 AG şirkətinə Bornholm Adasının cənub-şərqində "Şimal Axını-2" qaz kəmərinin çəkilməsinə icazə verib. Bu ilin aprelində verilən sorğuda uzunluğu 164 və 147 kilometr olan iki alternativ marşrut təklif edilib. Çünki enerji agentliyinin qiymətləndirməsinə görə, bu, daha təhlükəsizdir və ekoloji normalara uyğundur.

Müşahidəçilər "Şimal Axını-2" yolunda sonuncu maneənin yox olmasını "Rusiya və Almaniyanın qələbəsi"adlandırıblar.

Almaniya hökumətinin nümayəndəsi Şteffen Zaybert məsələyə aydınlıq gətirməyə çalışıb: "Biz həmişə deyirdik ki, layihənin siyasi ölçüsü var. Amma eyni zamanda, qazın Ukrayna ərazisindən tranzit olmalıdır....

Məhz buna görə də biz Avropa Komissiyasını Rusiya və Ukrayna ilə qaz tranzitinin davam etdirilməsi ilə bağlı üçtərəfli danışıqları dəstəkləməkdə davam edirik".

"Şimal Axını-2" nin istismara verilməsi 2019-cu ilin sonuna planlaşdırılır. Bir müddət əvvəl "Qazprom" un rəhbəri Aleksey Miller bildirib ki, boru kəmərinin Danimarka hissəsinin tikintisinə icazə alındıqdan sonra, təxminən, beş həftə vaxt lazım olacaq.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)