İranda iri neft yatağı aşkarlandı

İranda iri neft yatağı aşkarlandı

10 Noyabr 2019 13:40
Bəyəndim (0) Bəyənmədim (0)

İranın cənub-qərbində iri neft yatağı aşkarlanıb. Oxumeni.az-ın “TASS”a istinadən məlumatına görə, bunu ölkə prezidenti Həsən Ruhani Yezd şəhərində təşkil olunan tədbirdə çıxış edərkən açıqlayıb.

İran liderinin sözlərinə görə, neft ehtiyatı 53 milyard barrel həcmində qiymətləndirilir. Ruhani neft yatağının Huzestan əyalətinin cənub-qərbində yerləşdiyini və 2,4 min kv.km ərazini əhatə etdiyini qeyd edib.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)