Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

19 Noyabr 2019 21:44
Bəyəndim (1) Bəyənmədim (0)

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 18-də 66,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,79 dollar/barel azdır.

Bu barədə Oxumeni.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 65,63 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,73 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 61,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,21 dollar/barel azdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)