Avropa İttifaqı Ukraynaya beş ildə 15 milyard avro verib

Avropa İttifaqı Ukraynaya beş ildə 15 milyard avro verib

20 Noyabr 2019 17:12
Bəyəndim (1) Bəyənmədim (0)

Avropa İttifaqı 2014-cü ildən başlayaraq Ukraynaya ümumilikdə 15 milyard avro təqdim edib.

Oxumeni.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqının Ukraynadakı səfiri Matti Maasikas deyib.

“Avropa İttifaqı 2014-cü ildən islahatlara dəstək üçün 15 milyard avro həcmində qrant və istiqraz vəsaitləri səfərbər edib. Bu, misli görünməmiş dəstək paketidir”, - deyə səfir Ukrayna hökumətinin iclasında bildirib. Onun sözlərinə görə, maliyyə dəstəyi nəqliyyat, energetika, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, hava nəqliyyatı sektorları da daxil olmaqla, praktiki olaraq iqtisadın bütün sahələrinə şamil edilib.

Bir qədər əvvəl Ukraynanın Maliyyə naziri Oksana Markarova cari ilin sonlarına qədər Avropa İttifaqından növbəti kredit tranşı almaq imkanlarının olduğunu deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)