Rusiyadan Orta Asiya respublikalarına 3 milyard dollara yaxın pul köçürülüb

Rusiyadan Orta Asiya respublikalarına 3 milyard dollara yaxın pul köçürülüb

20 Dekabr 2019 12:07
Bəyəndim (0) Bəyənmədim (0)

2019-cu ilin üçüncü rübündə Rusiyadan Orta Asiya respublikalarına 2 milyard 812 milyon dollar pul köçürülüb.

Oxumeni.az Qırğızıstan mətbuatına istinadla xəbər verir ki, göstərilən müddətdə ən çox vəsait Özbəkistana göndərilib və onun məbləği 1 milyard 457 milyon dollar olub.

Müvafiq dövrdə Tacikistana 830 milyon, Qırğızıstana isə 525 milyon dollar pul köçürülüb, Türkmənistana isə pul köçürmələri həyata keçirilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az