Qərb iqtisadiyyatı üzərini qara buludlar alıb

Qərb iqtisadiyyatı üzərini qara buludlar alıb

23 Dekabr 2019 21:00
Bəyəndim (1) Bəyənmədim (0)

Tanınmış “Bain” konsaltinq şirkəti Qərbdə iqtisadi iflas təhlükəsini proqnozlaşdırıb.

Oxumeni.az xəbər verir ki, şirkət dünyanın sənaye cəhətdən inkişaf etmiş ölkələrinə münasibətdə özünün o qədər də ürək açmayan proqnozunu verib. “Bu ölkələr üzərində qara buludlar cəmlənib”, - deyə “Bain” şirkətinin məlumatında bildirilir. Şirkət öz proqnozunu cəmiyyətin sürətlə “qocalması” ilə bağlı demoqrafik problemlər, rəqəmsal texnologiyanın sənayedə və gündəlik həyatda geniş tətbiqi, həmçinin sosial bərabərsizliyin yayılması kimi amillərə əsaslandırır.

“Bain” şirkətinin ekspertlərinin fikrincə, sosial münaqişələr sərtləşəcək və siyasi qeyri-sabitliyi dərinləşəcək. Nəticədə bu, dünyanın aparıcı ölkələrinin iqtisadiyyatında öz təzahürünü tapacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az