ABŞ-ın neft ehtiyatları azalır

ABŞ-ın neft ehtiyatları azalır

25 Dekabr 2019 14:11
Bəyəndim (1) Bəyənmədim (0)

Keçən həftə Birləşmiş Ştatların xam neft ehtiyatları azalıb.

Oxumeni.az xəbər verir ki, bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, ötən həftə ölkədəki xam neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 7,9 milyon barrel azalaraq 444,1 milyon barrel olub. Bazar proqnozları da ehtiyatların geriləyəcəyi istiqamətində idi. Əvvəlki həftə isə ehtiyatlar 4,7 milyon barrel artmışdı.

Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az