ABŞ-ın neft ehtiyatları geriləyib

ABŞ-ın neft ehtiyatları geriləyib

28 Dekabr 2019 21:35
Bəyəndim (0) Bəyənmədim (0)

Birləşmiş Ştatların xam neft ehtiyatları azalıb.

Oxumeni.az xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 5,5 milyon barrel (1,2 faiz) azalaraq 441,4 milyon barrel olub. Bazar proqnozları isə ehtiyatların 1,7 milyon barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 1,1 min barrel azalmışdı.

ABŞ-ın strateji neft ehtiyatları isə dəyişməyərək 635 milyon barrel olub.

Ölkənin benzin ehtiyatları hesabat həftəsində 2 milyon barrel (0,8 faiz) artaraq 239,3 milyon barrel təşkil edib. Bazar proqnozları ehtiyatların 1,6 milyon barrel artacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 2,5 milyon barrel çoxalmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az