AQTA-nın 100-dək əməkdaşı işdən çıxarılıb

AQTA-nın 100-dək əməkdaşı işdən çıxarılıb

29 Dekabr 2019 16:13
Bəyəndim (1) Bəyənmədim (0)

"İl yarım ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 100-ə yaxın əməkdaşı işdən çıxarılıb.

Bunu agentliyin sədri Qorxmaz Təhməzli deyib.

Onun sözlərinə görə, həmin şəxslər AQTA fəaliyyətə başladığı gündən bu vaxta qədər işinin öhdəsindən gəlmədiyinə görə vəzifəsindən azad olunublar: "Neqativ hallarla bağlı Agentlik Baş Prokurorluğa müraciət edib. Üç əməkdaşımız isə qeyri-qanuni əməllərdə iştirak etdiyi və əməllərində cinayət tərkibi olduğu aşkarlanıb. Hazırda onlar öz cəzalarını çəkirlər. Bundan sonra da işində nöqsanlara yol verən şəxslər qanunda nəzərdə tutulmuş qaydada cəzalandırılacaqlar".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az