Ötən dövr ərzində Azərbaycan sosial-iqtisadi cəhətdən mühüm nailiyyətlər əldə edib

Ötən dövr ərzində Azərbaycan sosial-iqtisadi cəhətdən mühüm nailiyyətlər əldə edib

29 Dekabr 2019 16:44
Bəyəndim (1) Bəyənmədim (0)

“Ötən dövr ərzində Azərbaycan böyük inkişaf yolu keçib, sosial-iqtisadi cəhətdən mühüm nailiyyətlər əldə edilib”. Milli Məclisin deputatı İlham Məmmədov deyib.

Oxuməni.az-ın verdiyi xəbərə görə, İ.Məmmədov bildirib ki, Prezident İlham Əliyev 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrikində Azərbaycanın müstəqil daxili və xarici siyasəti, artan beynəlxalq nüfuzu, iqtisadi, siyasi və hərbi gücü ilə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb: “Eləcə də ölkəmiz bir çox qlobal transmilli və regional layihələrin təşəbbüskarı və iştirakçısı kimi dünyanın enerji təhlükəsizliyinə töhfələr verir, önəmli tranzit və logistika mərkəzinə çevrilib. Təbii ki, bu amillər Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunu və rolunu əhəmiyyətli dərəcədə gücləndirir”.
Millət vəkilinin sözlərinə görə, hazırda ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı islahatlar aparılır. Bu islahatlar Azərbaycanın yeni mərhələdə inkişafına böyük təkan verməkdədir.
İ.Məmmədov söyləyib ki, hazırda ölkəmizin yeganə problemi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir: “Xarici siyasətimizin ən mühüm prioriteti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normaları əsasında həll olunmasıdır. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə nail olmaq məqsədilə genişmiqyaslı iş aparır. Dövlətimizin mövqeyi ondan ibarətdir ki, münaqişə beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Prezident İlham Əliyev dünya azərbaycanlılarına təbrikində qeyd edib ki, dövlətimizin iqtisadi-hərbi qüdrəti, beynəlxalq aləmdə getdikcə güclənən mövqelərimiz və fəal siyasi-diplomatik səylərimiz bu ağrılı problemin Azərbaycanın milli maraqlarına uyğun həlli üçün səfərbər edilib”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az