Özbəkistan və Rusiya arasında 25 milyard dollar həcmində birgə layihələr həyata keçiriləcək

Özbəkistan və Rusiya arasında 25 milyard dollar həcmində birgə layihələr həyata keçiriləcək

8 Yanvar 2020 09:44
Bəyəndim (1) Bəyənmədim (0)

Özbəkistan və Rusiya arasında 2024-cü ilədək 25 milyard dollar həcmində birgə layihələr həyata keçiriləcək.

Oxumeni.az Özbəkistan Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, bu vəsait əsasən ticarət-iqtisadi, sərmayə qoyuluşu və digər sahələrdə həyata keçiriləcək layihələrə yatırılacaq.

Nazirliyin məlumatında bildirilir ki, strateji tərəfdaşlığın möhkəmləndirilməsində üstün istiqamət ticarət-iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsidir. Ötən ilin yanvar-noyabr aylarında dövlətlər arasında əmtəə mübadiləsi artaraq 5,8 milyard dollar təşkil edib. Özbəkistanın vilayətləri ilə Rusiyanın 70 subyekti arasında məhsuldar əlaqələr yaradılıb və inkişaf edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az