Çində ümumi daxili məhsul (ÜDM) ötən il 6,1 faiz artıb

Çində ümumi daxili məhsul (ÜDM) ötən il 6,1 faiz artıb

17 Yanvar 2020 09:30
Bəyəndim (1) Bəyənmədim (0)

Çində ümumi daxili məhsul (ÜDM) ötən il 6,1 faiz artaraq, hökumətin rəsmi proqnozu olan 6-6,5 faizlik hədəfə uyğun olub.

Oxumeni.az xəbər verir ki, bu barədə Çin Milli Statistika Bürosu məlumat yayıb. Bu rəqəm 1990-cı ildən bəri Çində ən aşağı göstəricidir.

Ötən il Çinin ÜDM-i 99,09 trilyon yuan (14,38 trilyon ABŞ dolları) olub ki, əhalinin hər nəfərinə düşən ÜDM payı 10 min 276 dollar olub.

Qeyd edək ki, dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çində ÜDM-in artım tempində son illər azalma müşahidə edilirdi. Belə ki, 2010-cu ildə bu rəqəm 10,6 faiz idisə, 2018-ci ildə isə 6,6 faiz səviyyəsinə düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az