Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşımalar 28% azalıb
Dəniz nəqliyyatı ilə 2019-cu ildə daşınan yüklərin həcmi 5968,7 min ton təşkil edib və əvvəlki ilə müvafiq dövrünə nisbətən 27,5% azalıb.
Oxuməni.az Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən dövr daşınan yüklərin 36,1%-ni neft yükləri təşkil edib.
Dəniz limanları tərəfindən 8247,6 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 7547,2 min tonunu və ya 91,5%-ni tranzit yüklər təşkil edib. 2020-ci il yanvar ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 233,3 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınan sərnişinlərin sayı 2018-ci ilə nisbətən 41,4% artaraq 22,2 min nəfər olub.
Oxuməni.az
Digər xəbərlər