Britaniya Breksitin şərəfinə pul buraxdı

Britaniya Breksitin şərəfinə pul buraxdı

27 Yanvar 2020 15:34
Bəyəndim (0) Bəyənmədim (0)

Britaniya Breksitin şərəfinə buraxılan sikkəni ilk dəfə nümayiş etdirib.

Oxuməni.az xəbər verir ki, sikkəni ölkə parlamentinin üzvü Sacid Cavid Tvitter səhifəsində təqdim edib.

Tünd mavi rəngdə olan sikkə 50 pensə bərabərdir. Üzərində ağ hərflərlə ingilis dilində belə şüar yazılıb:

“Sülh, çiçəklənmə və bütün ölkələrlə dostluq. 31 yanvar 2020-ci il”.

Britaniyanın Avropa İttifaqından çıxacağı 31 yanvarda sikkənin 3 milyon ədəd buraxılması gözlənilir.

Oxuməni.az