Rusiya benzinin ucuzluğu üzrə Avropada ikinci yeri tutub

Rusiya benzinin ucuzluğu üzrə Avropada ikinci yeri tutub

3 Fevral 2020 10:37
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya yanacağın ucuzluğu üzrə Avropada ikinci yeri tutur və əhali üçün benzinin mövcudluğu üzrə reytinqin ortasında yerləşir.

Oxuməni.az RİA Novosti-yə istinadən xəbər verir ki, 2019-cu ildə üç il ərzində ilk dəfə olaraq neftin orta illik qiyməti aşağı düşüb. Brent markalı neft 2018-ci illə müqayisədə 9,2%, bir barel üçün 64,3 dollara düşüb. Bununla yanaşı, 2020-ci ilin əvvəlində neftin qiyməti 2019-cu ilin əvvəlinə nisbətən daha yüksək idi. Xammalın il ərzində bahalaşması ilə əlaqədar Avropanın əksər ölkələrində motor yanacağının pərakəndə qiyməti də ilin əvvəlinə yüksəldi. Araşdırmanın müəllifləri qeyd edirlər ki, benzinin istehlakçılar üçün əlçatanlığı yalnız onun qiymətindən deyil, həm də əhalinin gəlirindən asılıdır.

Oxuməni.az