Ukraynada Rusiyaya qarşı yeni iddialar səsləndirilib

Ukraynada Rusiyaya qarşı yeni iddialar səsləndirilib

4 Fevral 2020 10:15
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynada Rusiyaya qarşı yeni iddialar səsləndirilib.

Oxuməni.az Rian.ru-ya istinadən xəbər verir ki, Ukraynanın Ədliyyə naziri Denis Maluska "Başkom" nəşrinə verdiyi müsahibədə bildirib ki, qurum Rusiyaya qarşı beynəlxalq məhkəmə instansiyalarına yeni iddiaların verilməsi imkanını öyrənir.
"İndi biz yaxın zamanlarda daha bir və ya iki iddia verə biləcəyimiz barədə düşünürük", - Malyuska bildirib.

Bununla yanaşı, nazir mümkün iddiaların təfərrüatlarını açıqlamaqdan imtina edib. Çünki bu, "təşəbbüs məsələsi"dir. Onun sözlərinə görə, hazırda proses sübutların və əsasların toplanması mərhələsindədir.
Ukrayna son illər ərzində müxtəlif instansiyalara qarşı bir sıra iddialar irəli sürüb. Xüsusilə, 2016-cı ilin sentyabrında Kiyev Dəniz hüququ üzrə BMT-nin Konvensiyasına istinad edərək, Arbitraj istehsalını başlatdı və Qara, Azov dənizləri və Kerçen boğazında sahilyanı dövlət kimi hüquqlarını təsdiqləməyi, həmçinin Rusiyanı kompensasiya ödəməyə məcbur etməyi tələb etdi. İddia digər məsələlərlə yanaşı, guya Kiyevin Krım ətrafında dəniz şelfində təbii qazıntı, neft, qaz və balıq ehtiyatlarına olan hüquqlarının pozulmasıdır.

Oxuməni.az