Nəqliyyat Nazirliyi Çinlə hava əlaqəsini tamamilə bağlamaq niyyətində deyil

Nəqliyyat Nazirliyi Çinlə hava əlaqəsini tamamilə bağlamaq niyyətində deyil

5 Fevral 2020 15:28
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya yeni koronavirusa görə, Çinlə hava əlaqəsini tamamilə bağlamaq niyyətində deyil.

Oxuməni.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Nəqliyyat Nazirliyinin rəhbəri Yevgeni Ditrix NAİS-2020 sərgisinin qaydalarında bildirib.

Onun sözlərinə görə, indi bütün insanları qane edən model yaradılıb və bu model üzrə "Şeremetyevo"dakı vahid ixtisaslaşdırılmış terminal Çindən Rusiyaya gələn bütün sərnişinləri və tranzit daşımaların əhəmiyyətli hissəsini qəbul edir.

Bundan başqa, Ditrix əlavə edib ki, Rusiya aviaşirkətləri ÇXR-də reyslərin məhdudlaşdırılmasına görə dövlət büdcəsindən kompensasiya ala bilərlər. Maliyyə Nazirliyi bu hesablamalara dair təkliflərini fevralın 6-da təqdim edəcək. "Çox ümid edirik və gözləyirik", - deyə Nəqliyyat Nazirliyinin rəhbəri bildirib.

Oxuməni.az