Rusiyaya Avropa qaz bazarında ağır zərbə

Rusiyaya Avropa qaz bazarında ağır zərbə

7 Fevral 2020 14:19
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa ölkələri sıxılmış təbii qaz alışını artırırlar.

Oxuməni.az xəbər verir ki, bu məlumatı Rusiyanın “Skolkova” qurumu yayıb. Məlumata görə, yanvar ayında sıxılmış təbii qaz idxalı 10 milyard kub metrə çatıb və tarixdə ilk dəfə “Qazprom”un tədarükü ilə müqayisə ediləcək səviyyəyə çatıb.

Belə ki, Avropaya sıxılmış təbii qaz tədarükü 30% artıb, “Qazprom”un ixracı isə fəlakət səviyyədə - 33% azalıb.

Qeyd edək ki, “Qazprom”un Türkiyəyə ixracı da 2019-cu ildə 40% azalıb.

Oxuməni.az