Türkiyədən Rusiyaya pomidor göndərilməsi problemlə üzləşib

Türkiyədən Rusiyaya pomidor göndərilməsi problemlə üzləşib

12 Fevral 2020 12:22
Bəyəndim (1) Bəyənmədim (0)

Türkiyədən Rusiyaya pomidor göndərilməsi problemlə üzləşib.

Oxuməni.az xəbər verir ki, bu barədə RİA Novostiyə Şərqi Qara Dəniz ixracatçıları İttifaqının rəhbəri Əhməd Həmdi Gürdoğan bildirib.

"Biz hazırda koronavirusa görə imtina etdiyi Çin əvəzinə məhsullarımızı Rusiyaya göndərməyə hazırıq. Ancaq çox təəssüf ki, Suriya hadisələri və xüsusən İdlibdə Rusiya ilə tarixi dostluğumuz böyük təzyiqlərə məruz qalır, münasibətlərimiz korlanır. İndi biz pomidorları Rusiyaya göndərə bilmərik: deyirlər ki, kvota qurtarıbdır. Ümid edirəm ki, Rusiya və Türkiyə rəhbərliyi sağlam düşüncə əsasında fəaliyyət göstərə biləcək", - deyə agentliyin həmsöhbəti bildirib.

Oxuməni.az