Gürcüstan yanacaq idxalını azaldıb

Gürcüstan yanacaq idxalını azaldıb

12 Fevral 2020 14:57
Bəyəndim (1) Bəyənmədim (0)

Gürcüstan yanvar ayında 74,7 min ton yanacaq idxal edib. Bunun da 42 min tonunu benzin (23 faiz azalma), 5,9 min ton (18 faiz artım) dizel yanacağı təşkil edib.

Oxuməni.az xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyi məlumat yayıb. Bildirilir ki, yanacaq idxalı yanvarda əvvəlki ilin eyni ayı ilə müqayisədə 3,7 min ton və ya 4,7 faiz azalıb.

Yanvarda Gürcüstanın yanacaq istehlakında da azalma olub.

Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyindən bildirilib ki, bu azalma müvəqqəti xarakter daşıyır. Növbəti aylarda yanacaq idxalında və istehlakında artım olacağı gözlənilir.

Oxuməni.az