Küveytlə Səudiyyə Ərəbistanı neytral bölgədə neft çıxarır

Küveytlə Səudiyyə Ərəbistanı neytral bölgədə neft çıxarır

17 Fevral 2020 11:40
Bəyəndim (0) Bəyənmədim (0)

Küveyt və Səudiyyə Ərəbistanı neytral ərazidə neft çıxarmağa başlayıb.

Oxuməni.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Küveytin Neft naziri Xalid Əli Məhəmməd əl-Fadil deyib.

O bildirib ki, 5 illik fasilədən sonra “Vefra” yatağından neft hasilatı yenidən bərpa olunub.

Nazir ilin sonuna kimi bölgədəki quyulardan gündəlik 140 min barrel neft hasilatının nəzərdə tutulduğunu qeyd edib.

O, Səudiyyə Ərəbistanı ilə razılaşma çərçivəsində “Hafci” yatağında da hasilata başlayacaqlarını və buradakı quyulardan sutkada 250 min barrel istehsal etməyi hədəflədiklərini deyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı ilə Küveyt arasındakı neytral bölgədə yerləşən “Hafci” və “Vefra” neft yataqlarının gündəlik istehsal gücü 500-600 min barrel təşkil edir.

İki ölkə “Hafci”dən hasilatı ekoloji səbəblərə görə 2014-cü ilin oktyabrında, “Vefra”dakı quyuları isə idarəetmə fəaliyyətindəki maneələr səbəbindən 2015-ci ilin mayında dayandırıb. Nəhayət Səudiyyə Ərəbistanı və Küveyt 5 il sonra bu yataqlardan yenidən neft hasilatına dair müqaviləni 2019-cu ilin dekabrında imzalayıb.

Oxuməni.az