Gürcüstanın neft və təbii qaz idxalı artıb

Gürcüstanın neft və təbii qaz idxalı artıb

19 Fevral 2020 15:21
Bəyəndim (0) Bəyənmədim (1)

Gürcüstan yanvar ayında 56 milyon 761,8 min ABŞ dolları dəyərində təbii qaz idxal edib. Bu da illik müqayisədə 25,5 faiz çoxdur.

Oxuməni.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında deyilir. Bildirilir ki, Gürcüstanın təbii qaz idxalı ümumi idxalın 9,2 faizinə bərabər olub.

Yanvarda Gürcüstanın idxal etdiyi neft və neft məhsullarının dəyəri isə illik müqayisədə 11,9 faiz artaraq 51 milyon 597,3 min ABŞ dollarına bərabər olub. Neft və neft məhsulları ölkənin ümumi idxalının 8,3 faizini təşkil edib.

Qeyd edək ki, Azərbaycan qonşu ölkənin təbii qaz təminatında ən böyük paya malikdir. Gürcüstanın neft və neft məhsulları idxal etdiyi ölkələr sırasında da Azərbaycan ilk beşlikdədir.

Oxuməni.az