Ölkədə 2 yeni alternativ elektrik enerjisi stansiyası qurulacaq

Ölkədə 2 yeni alternativ elektrik enerjisi stansiyası qurulacaq

19 Fevral 2020 22:38
Bəyəndim (2) Bəyənmədim (1)

Yaxın vaxtlarda ölkədə bərpaolunan enerji sahəsində 2 iri layihənin icrasına başlanacaq. Layihə çərçivəsində 2 böyük külək və günəş enerjisi stansiyası qurulacaq. Bu stansiyaların istehsal etdiyi elektrik enerjisi ölkənin tələbatının 8-10 faizinə bərabər olacaq.

Oxuməni.az xəbər verir ki, ölkədə 2 yeni alternativ elektrik enerjisi stansiyası qurulacaq..

Hazırda ölkənin ümumi elektroenergetika sistemində iri su elektrik stansiyaları da daxil olmaqla bərpaolunan enerji mənbələrinin payı 17 faizddir. 2030-cu ilədək bu rəqəm 30 faizə çatdırılacaq. Bu istiqamətdə atılan növbəti addım 2 böyük külək və günəş enerjisi layihələrinin reallaşdırılmasıdır. Səudiyyə Ərəbistanının və Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri Azərbaycanda bu sahədə həyata keçirələcək 2 pilot layihəyə 400 milyon dollara yaxın sərmayə yatıracaq.

Artıq layihəyə dair müqavilələr imzalanıb və bəzi detallar dəqiqləşdirilir. Stansiyaların iki il ərzində qurulub istifadəyə verilməsi nəzərdə tutulub.

Bu 2 stansiyanın istehsal etdiyi elektrik enerjisi ölkənin tələbatının 8-10 faizinə bərabər olacaq.

Oxuməni.az