Avropanın ən böyük regional aviaşirkəti müflis olub

Avropanın ən böyük regional aviaşirkəti müflis olub

5 Mart 2020 14:54
Bəyəndim (0) Bəyənmədim (0)

Avropanın ən böyük müstəqil regional aviadaşıyıcısı olan Böyük Britaniyanın "FlyBe” şirkəti dövlətlə bir neçə ay davam edən danışıqlardan sonra 100 mln. ABŞ dolları məbləğində krediti ala bilməyib və nəticədə özünü müflis elan edib.

"Financial Times"ın yazdığına görə, koronavirus səbəbi ilə aviadaşımalara tələbin kəskin azalması şirkətin çökməsini sürətləndirib. Nəticədə, bütün reyslər ləğv olunub və 2 000 iş yeri bağlanıb.

Bundan əlavə, Böyük Britaniyanın bir çox regional reyslərində problemin yaranacağı gözlənilir.

Oxuməni.az