Gürcüstanın Azərbaycana borcu azaldı

Gürcüstanın Azərbaycana borcu azaldı

13 Mart 2020 16:22
Bəyəndim (0) Bəyənmədim (0)

Bu il martın 1-nə Gürcüstanın Azərbaycana olan borcu 6,291 milyon ABŞ dollarına bərabərdir.

Oxuməni.az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında bildirilib. Martın 1-nə olan məlumata əsasən, aylıq müqayisədə qonşu ölkənin Azərbaycana borcu 408 min ABŞ dolları azalıb. Gürcüstanın ümumi xarici borcu isə 5 673,599 milyon ABŞ dolları təşkil edir. Bu məbləğ aylıq müqayisədə 4,161 milyon ABŞ dolları azalıb. Borcun 5 426,408 milyon ABŞ dolları hökumətin payına düşüb.

Qonşu ölkənin ən çox borcu olduğu ölkələrin ilk üçlüynə Almaniya (370,202 mln. dollar), Fransa (324,555 mln. dollar) və Yaponiya (211,837 mln. dollar) daxildir.

Gürcüstanın Türkiyə, Rusiya və Ermənistana borcu aylıq müqayisədə nisbətən azalaraq müvafiq olaraq 12,105 milyon ABŞ dolları, 48,565 milyon ABŞ dolları və 6,771 milyon ABŞ dolları olub.

Oxuməni.az