Brent markalı neftin qiyməti antirekord vurur

Brent markalı neftin qiyməti antirekord vurur

16 Mart 2020 15:03
Bəyəndim (0) Bəyənmədim (0)

London Ice birjasında Brent markalı neftin fyuçersinin qiyməti bir barel üçün 31 dollardan aşağı düşüb.

Oxuməni.az Euronews-a istinadən xəbər verir ki, bu, 2016-cı ilin fevral ayından etibarən ən aşağı göstəricidir.

Avropada fond bazarları açılış zamanı ən azı 5% itirib, bu, ilk növbədə, Fransa və İspaniya kimi ölkələrin iqtisadiyyatını faktiki olaraq dayandıran şənbə və bazar günləri açıqlanan tədbirlərlə bağlıdır.

Berlin artıq sənayeyə çoxmilyardlı infuziya vəd edib, Paris isə bütün iştirakçılara dəyən zərəri kompensasiya etməyə zəmanət verib.

Rusiya səhm bazarı isə orta hesabla göstəricilərin 4% azalması ilə açılıb.

Oxuməni.az