SOCAR və STP-nin birgə müəssisəsi dövlət qeydiyyatına alınıb

SOCAR və STP-nin birgə müəssisəsi dövlət qeydiyyatına alınıb

6 Aprel 2020 16:02
Bəyəndim (0) Bəyənmədim (0)

Vergilər Nazirliyi aprelin 3-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) və "Sumqayıt Texnologiyalar Parkı" MMC-nin (STP) birgə təsis etdiyi "SOCAR-STP" MMC-ni dövlət qeydiyyatına alıb.

Oxuməni.az xəbər verir ki, yeni şirkət STP-nin məxsus olduğu "PAŞA Holdinq" MMC ilə eyni hüquqi ünvanda - Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153-də qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı 1,7 milyon manatdır. Şirkətə hələ ki, direktor təyin edilməyib.

Xatırladaq ki, SOCAR və STP birgə müəssisə yaratmaq barədə müqaviləni bu il fevralın 19-da imzalayıb.

Oxuməni.az