Lukaşenko rus neftini Azərbaycan nefti ilə əvəz edir

Lukaşenko rus neftini Azərbaycan nefti ilə əvəz edir

6 İyun 2020 12:45
Bəyəndim (0) Bəyənmədim (0)

Belarus Azərbaycan və Səudiyyə Ərəbistanı ilə neft tədarükü müqaviləsinin imzalaması üçün danışıqlar aparır.

Oxuməni.az xəbər verir ki, bunu “Belneftxim” konserninin rəsmi nümayəndəsi Ruslan Labut deyib.

“Biz alternativ neft tədarükünü dayandırmağa hazırlaşmırıq. Bunun üçün tədbirlər kompleksi hazırlanıb. Bu plana əsasən çalışırıq. Alternativ neftin mütəmadi tədarükü artıq cari ildən başlayır. Planımız uzunmüddətli kontraktların bağlanmasıdır. Uzunmüddətli əməkdaşlıq üçün dialoq tərəfdaşlarımız Azərbaycan və Səudiyyə Ərəbistanıdır”, – deyə o bildirib.

Oxuməni.az