Çin yenə rekorda imza atdı

Çin yenə rekorda imza atdı

8 İyun 2020 12:40
Bəyəndim (1) Bəyənmədim (0)

Bu ilin may ayında Çinin ümumi ticarət dövriyyəsinin müsbət saldosu 62,93 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 1981-ci ildən bəri ən yüksək göstəricidir.

Oxuməni.az "Reuters"ə istinadən xəbər verir ki, illik müqayisədə ölkənin ixracı 16,7%, idxalı isə 14,2% azalıb. Bu, 2016-cı ilin yanvar ayından bəri ən kəskin azalmadır. Bildirilir ki, Çinin ixracı Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) bazarından və yuanın məzənnəsinin dəyərsizləşməsindən bəhrələnib. İdxalın azalmasına isə daxili tələbatın və malların qiymətinin azalması təsir edib.

Təkcə may ayının birinci yarısında Çin 8,9 mlrd. dollar dəyərində tibbi ləvazimat ixrac edib.

Qeyd edək ki, Çinin ABŞ-la ticarət dövriyyəsinin müsbət saldosu da artaraq 27,9 mlrd. dollara çatıb.

Oxuməni.az