Türkiyə ABŞ-a uçuşları bərpa edir

Türkiyə ABŞ-a uçuşları bərpa edir

12 İyun 2020 11:37
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Hava Yolları 19 iyundan etibarən ABŞ-a uçuşların həyata keçirilməsini bərpa edir.

Oxuməni.az xəbər verir ki, bu barədə Türkiyə Hava Yollarının Baş direktoru Bilal Ekşi məlumat verib.

ABŞ-da pandemiyanın qarşısını almaq məqsədilə Türkiyə ilə uçuşlar dayandırılmışdı. Türk Hava Yolları ABŞ-a reyslərin yenidən bərpa edilməsi ilə bağlı yeni qərar qəbul edib.

İlk növbədə Şimali Amerikaya uçuşlar təşkil ediləcək. Əvvəlcə Çikaqoya, Vaşinqtona və Los Ancelesə uçuşlar bərpa ediləcək. Plana əsasən uçuşlar həftədə 3 dəfə həyata keçiriləcək. Los Ancelesə uçuşlar 24 iyun tarixindən etibarən başlayır.

Oxuməni.az