Yankauskas: "Aİ Azərbaycanla 27 mln. avroluq müqavilə bağlamağa yaxındır"

Yankauskas: "Aİ Azərbaycanla 27 mln. avroluq müqavilə bağlamağa yaxındır"

30 İyun 2020 12:37
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa İttifaqı (Aİ) Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə 27 mln. avro məbləğində müqavilə bağlamağa yaxındır. Müqavilə iki ili əhatə edəcək.

Oxuməni.az-ın məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas "Post-pandemiya: KOB-ların fəaliyyətinin bərpasına dəstək" mövzusunda onlayn konfransda çıxışı zamanı deyib.

Müqavilənin 90%-nin artıq hazır olduğunu bildirən K. Yankauskas onu da qeyd edib ki, bu vəsaitlər Azərbaycanın COVID-19 pandemiyasının mənfi təsirlərini yumşaldılması üçün nəzərdə tutulan tədbirlərə və əsasən də KOB-lara yönələcək. O əlavə edib ki, maliyyələşdirmə mexanizmləri çevik olacaq.

Oxuməni.az