Dünyanın ən zəngin ölkələrindən biri görünməmiş böhranla üzləşib

Dünyanın ən zəngin ölkələrindən biri görünməmiş böhranla üzləşib

16 İyul 2020 16:14
Bəyəndim (0) Bəyənmədim (0)

Sinqapur iqtisadiyyatı görünməmiş böhranla üzləşib, çünki ölkənin ÜDM-i bu il 4-7 faiz azala bilər.

Oxuməni.az CNBC-nin ölkənin Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu, 1965-ci ildə dövlətin müstəqilliyinin elan edilməsindən bəri ən pis tənəzzül olacaq.

Proqnozlara görə, işsizlik səviyyəsi və şirkətlərin müflisləşmə sayı yaxın aylarda artacaq. "Biz sonun başlanğıcında deyil, bərpanın başlanğıc mərhələsindəyik. Çox güman ki, o, yavaş və qeyri-bərabər olacaq", - deyə Sinqapurun pul-kredit idarəsinin idarəedici direktoru Ravi Menon bildirib.

Oxuməni.az