SOCAR Türkiyəyə indiyədək 16,5 mlrd. dollar sərmayə yönəldib

SOCAR Türkiyəyə indiyədək 16,5 mlrd. dollar sərmayə yönəldib

28 İyul 2020 17:00
Bəyəndim (1) Bəyənmədim (0)

SOCAR 2008-ci ildən indiyədək Türkiyəyə 16,5 mlrd. ABŞ dollarına yaxın sərmayə qoyub.

Oxuməni.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə "SOCAR Turkey"in Xarici əlaqələr üzrə rəhbəri Murat LeKompte (Murat LeCompte) deyib.

Onun sözlərinə görə, SOCAR-ın Türkiyəyə sərmayələri 2008-ci ildən “Petkim” neft-kimya kompleksinin özəlləşdirilməsi ilə başlayıb. Özəlləşdirilmədən sonra indiyədək “Petkim”ə (texniki və digər yenidənqurma işlərinə) 1 mlrd. dollara yaxın sərmayə yönəldilib.

M.LeKomptenin sözlərinə görə, SOCAR Türkiyədə həyata keçirdiyi layihələrə sərmayə qoymağa davam edəcək. Bunların sırasına 2018-ci ildə istifadəyə verilmiş STAR neft emalı zavodunda aparılan əlavə saxlama imkanlarının artırılmasına və digər texniki məsələlərə yönəldiləcək əlavə sərmayələr də daxildir. STAR neft emalı zavodunun tikintisinin dəyəri 6,3 mlrd. dollar təşkil edib, bu və gələn il ediləcək əlavə sərmayələrlə bu rəqəm 7 mlrd. dollara çatacaq.

Öncədən açıqlanan investisiyalar təqviminə əsasən SOCAR-ın Türkiyəyə sərmayələrinin həcmi 19,5 mlrd. dollara çatacaq.

Oxuməni.az