Pandemiyanın yaratdığı böhran Almaniyaya ağır zərbə vurub

Pandemiyanın yaratdığı böhran Almaniyaya ağır zərbə vurub

31 İyul 2020 10:45
Bəyəndim (0) Bəyənmədim (0)

İki ay ərzində pandemiyanın yaratdığı böhran Avropanın ən böyük iqtisadiyyatına malik olan Almaniyaya ciddi zərbə vurdu.

Oxuməni.az-ın Euronevvs-ə istinadən verdiyi xəbərə görə, cari ilin II rübünün yekunları üzrə ölkənin ÜDM-i 10,1% azalıb. Almaniya İqtisadiyyat Nazirliyi proqnozlaşdırır ki, il ərzində azalma 6,3% təşkil edəcək.

Bazar analitiki Robert Halver (Baader Bank) deyir: "ikinci rübdə ÜDM üzrə məlumatlar proqnozlardan pis çıxdı. Seçimimiz yoxdur, II rübü geridə qoymaq və hərəkət etmək lazımdır".

2009-cu ilin I rübündə qlobal maliyyə böhranı zamanı Almaniyanın ÜDM-i 4,7% azalmışdı., Bu azalma isə əvvəlki böhrandan təxminən iki dəfə çoxdur.

Bazar analitiki Robert Halver Baader Bank: "Pandemiyanın yaratdığı böhran bizə ağır zərbə vurdu. Biz struktur çatışmazlığı ilə qarşılaşdıq. Bu, iqtisadiyyatın rəqəmsallaşdırılmasında yeniliklərin çatışmazlığıdır, lakin xüsusilə ixracın kəskin düşməsi, istehlakçıların pul sərf etməməsi və şirkətlərin investisiyaya hazır olmaması — bütün bunlar pandemiyanən nəticəsidir",-deyir.

Oxuməni.az