Ölkə rəhbərliyi biznes fəaliyyətinin bərpa olunması istiqamətində işlər görür

Ölkə rəhbərliyi biznes fəaliyyətinin bərpa olunması istiqamətində işlər görür

8 Avqust 2020 11:33
Bəyəndim (27) Bəyənmədim (0)

Ölkə rəhbərliyi biznes fəaliyyətinin bərpa olunması istiqamətində işlər görür.

Oxuməni.az xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf Operativ Qərargahın bu gün keçirilən brifinqindı deyib.

"Pandemiya bitməyib və nə zaman bitəcəyi məlum deyil. Bu səbəbdən qaydalara riayət etməliyik. Vətəndaşların qapalı məkanlara maskasız daxil olmasının qarşısı alınmalıdır. Qaydalara daha tez əməl edən biznes subyektləri fəaliyyətinin səmərəliliyini artırmış olacaq", - o bildirib.

Nazir müavini qeyd edib ki, qaydalara riayət edilmədikdə əldə olunan nəticələr itəcək və yenidən sərt qaydalara üz tutulacaq:

"Bu, hər birimizin sosial və mənəvi borcudur. Dövlətin nəzarət tədbirləri də tətbiq olunacaq. Cərimələr vasitəsilə cəzalandırma mexanizmləri üzərində iş aparılır.

Eyni zamanda rəqəmsal texnologiyalarla xidmət sahəsində müsbət dinamika müşahidə edirik. Hökumət də rəqəmsallaşma sahəsində sahibkarlara dəstək göstərəcəkdir".

Oxuməni.az