Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Türkiyəyə elektrobus satacaq
Gəncə Avtomobil Zavodunda yığılan elektrobusların Türkiyənin böyük şəhərlərindən birinə satışı ilə bağlı danışıqlar aparılır.
Oxuməni.az xəbər verir ki, Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Müşahidə Şurasının sədri Xanlar Fətiyev Azərtac-a bölgə bildirib ki, artıq şəhər rəhbərliyi ilə zavodun nümayəndələri arasında ilkin danışıqlar yekunlaşıb.
Xanlar Fətiyev bildirib ki, bu gün dünyada həm ekoloji, həm də yanacağa qənaət baxımından çox sərfəli olan elektrobuslardan istifadəyə üstünlük verilir. Gəncədə yığılan, 83 sərnişin tutumuna malik elektrobuslar 26 oturacaqla, kondisionerlə, həmçinin məlumat monitoru və videonəzarət sistemi ilə təchiz olunub. 60 kilometr/saat sürətlə hərəkət edə biləcək elektrobusun akkumulyatoru şəhər rejimində RGZP/G/300KW 600V-EN doldurma stansiyası tərəfindən 6 dəqiqə ərzində tam doldurulur. Bu avtobuslar ekoloji baxımdan da çox sərfəli və əhəmiyyətlidir.
Ötən ildən Gəncədə müasir dizayna malik “E-321” markalı elektrobuslarının yığımına başlandığını deyən Xanlar Fətiyev qeyd edib ki, istər Bakı və Abşeronda, istərsə də Gəncə və Sumqayıtda, o cümlədən digər şəhər və rayonlarda elektrobusların səmərəli fəaliyyəti üçün lazımi şərait var: “Bu gün ölkəmizin bütün şəhər və rayonları dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində gündən-günə inkişaf edir, gözəlləşir, müasirləşir. Təbii ki, hər gün yaşıllaşan və ekoloji baxımdan təmiz şəhərə çevirməyə çalışdığımız yaşayış yerlərində ekoloji baxımdan çox vacib olan elektrobusların xətlər üzrə istifadəyə verilməsi çox məqsədəuyğun olardı. Təsadüfi deyil ki, bu yaxınlarda dövlət başçısının göstərişi ilə ölkəmizdə birinci “Yaşıl şəhər” layihəsi Gəncə şəhərində həyata keçiriləcək. Ümid edirik ki, Gəncə Avtomobil Zavodunun yığdığı elektrobuslar bu layihənin bir hissəsi olacaq”.
Oxuməni.az




























.jpg)











































.jpg)
.jpg)




.jpg)








