Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) OPEC-dən çıxmağa hazırlaşır

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) OPEC-dən çıxmağa hazırlaşır

19 Noyabr 2020 12:49
Bəyəndim (0) Bəyənmədim (0)

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) OPEC-dən çıxmaq fikrindədir.

Oxuməni.az xəbər verir ki, BƏƏ buna səbəb kimi OPEC-in ölkələr üzrə istehsal hədəflərini ədalətli şəkildə bölüşdürmədiyini göstərir. Bu xəbər koalisiyanın istehsalın bərpasını müzakirə etdiyi danışıqlar zamanı yayılıb.

“OPEC+”un daxili problemlərlə üzləşdiyi bir vaxtda isə neft qiymətləri son 2 ayın ən yüksək səviyyəsindən geriləməyə başlayıb.

Qeyd edək ki, hazırda OPEC-ə 13 ölkə üzvdür. Bunlar Əlcəzair, Anqola, Konqo, Ekvatorial Qvineya, Qabon, İran, İraq, Küveyt, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Venesueladır.

OPEC-ə qeyri-üzv olan Azərbaycan, Bəhreyn, Bruney, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan, Cənubi Sudan isə təşkilatla “OPEC+” formatında sıx əməkdaşlıq edir. “OPEC+” əməkdaşlığının əsas məqsədi dünya neft bazarında tələb və təklifin uzlaşmasına nail olmaqdır.

Oxuməni.az