Rusiya Azərbaycandan alma və pomidor idxalını qadağan edir

Rusiya Azərbaycandan alma və pomidor idxalını qadağan edir

9 Dekabr 2020 10:12
Bəyəndim (0) Bəyənmədim (0)

Rosselxoznadzor bildirib ki, dekabrın 10-dan Rusiyaya Azərbaycandan pomidor və almaların gətirilməsini qadağan edir.
Oxuməni.az-ın ria.ru-ya istinadən verdiyi xəbərə görə, qurumdan xatırladıblar ki, dəfələrlə idxal olunan məhsullarda zərərli orqanizmlər tapılıb və bu barədə Azərbaycanın ərzaq Təhlükəsizliyi Agentliyinə məlumat verilib.
O cümlədən, yalnız oktyabrın 22-də xidmət mütəxəssisləri 17 dəfə "Avrasiya İqtisadi İttifaqı üçün karantin obyektlərindən sayılan və təhlükəli zərərverici olan Cənubi Amerika tomat süfrəsi qeydə alıblar.

"Bununla əlaqədar olaraq, fitosanitar əmin - amanlığın qorunması, Rusiya Federasiyası ərazisində bu zərərvericilərin idxalının və yayılmasının qarşısının alınması məqsədilə Rosselxoznadzor 10 dekabr 2020-ci il tarixindən etibarən Rusiyaya Azərbaycan mənşəli pomidor və almaların gətirilməsini qadağan etməyə məcburdur", - deyə xidmətdən bildiriblər.

Azərbaycan Rusiyaya kifayət qədər böyük bitki məhsulları tədarükçüsüdür. Federal Gömrük Xidmətinin məlumatına görə, 2019 - cu ildə təzə və soyudulmuş pomidorların idxalı 172,359 min ton (bu məhsulun ümumi idxalının 30,9 faizi) təşkil edib və ölkə tədarük üzrə birinci yeri tutub.

Emin Axund