Hamilə qadın 9 uşaq dünyaya gətirdi

Hamilə qadın 9 uşaq dünyaya gətirdi

5 May 2021 10:30
Bəyəndim (0) Bəyənmədim (0)

Mərakeşin Kasablanka şəhərində görülməmiş hadisə qeydə alınıb.

Oxuməni.az xəbər verir ki, Malidən olan hamilə qadın 5-i qız, 4-ü oğlan olmaqla 9 uşaq dünyaya gətirib.

Malinin Səhiyyə Nazirliyi Halime Sisi adlı qadının və 9 uşağının səhhətində heç bir problem olmadığını diqqətə çatdırıb. Uşaqlar və ana uzun müddət həkim nəzarətində olacaqlar və onlara dövlət tərəfindən müvafiq maddi yardım göstəriləcək. Bu hadisəni dünyada rekord hesab etmək olar. Çünki analoji hadisələr dünyada nadir hallarda baş verir və adətən belə uşaqların hamısının sağqalma imkanlar az olur.