Kişilər niyə qadınlardan az yaşayır?-Maraqlı faktlar

Kişilər niyə qadınlardan az yaşayır?-Maraqlı faktlar

15 Oktyabr 2021 06:44
Bəyəndim (0) Bəyənmədim (1)

Qadınlar kişilərdən daha uzunömürlü olur. Bunu ölkələrin orta yaş statistik göstəriciləri də təsdiq edir.

Bəs qadınların uzunömürlü olmasının səbəbi nədir? Bununla bağlı müxtəlif fikirlər və versiyalar səsləndirilir.

Oxuməni.az xəbər verir ki, türkiyəli alim Canan Karatay kişilərin daha az yaşamasının səbəblərini açıqlayıb.

Bu səbəblə kişilərin ömrü daha azdır

"Kişilərdə X və Y xromosomları var. Y xromosomuna baxanda bir ayağı olmadığını görürük".

Kardioloq bildirib ki, xromosomların başında telomerlər (telomerlər xromosomları və DNT-ni təhlükədən qoruyan bir nöqtədə yerləşir) var:

"Ancaq kişilərdəki Y xromosomunun bir ayağı yoxdur, yəni kökdən bir telomer əskikdir. Ona görə də kişilər özlərinə diqqət etməsələr, qadınlardan daha az yaşayar. Buradan kişilər səslənirəm, sizin bir telomeriniz doğuşdan əskikdir, bunu nəzərə alın".

C.Karatay həmçinin yağların infakta səbəb olmasına toxunaraq bu iddianın yalan olduğunu deyib:

"Bədənimizdəki hüceyrələrin 60 faizi su, 20 faizi zülal, 19 faizi yağlardır. Çox az bir hissəsində isə karbohidratlar yer alır. Təbii yağlar bədənimiz üçün çox vacibdir, yağsız həyat mümkün deyil. Az yağlı pəhrizlərin səbəbi yalnız xəstəliklər ola bilər. Bədənimiz hər cür yağ ehtiyacını özü təmin edə bilir, ancaq iki yağ var ki, onlaır heyvan və bitkilərdən alırıq. Bunlar "omeqa3" və "omeqa6"-dır. Bədənimizin bu yağlara ehtiyacı var. Heyvan mənşəli təbii yağlar əsasən qoyun və quzunun yağıdır ki, onlar bədənə toxluq hissi verir. Heyvan mənşəli kərə yağı və təbii zeytunyağı bədənə enerji verir, beyni aydınladır, qaraciyər piylənməsinin qarşısını alır, ruhumuzu da sağlamlaşdırar".