Avtomobili işə saldıqdan dərhal sonra kondisionerin işə salınması deyildiyi kimi həqiqətən təhlükəlidirmi?

Avtomobili işə saldıqdan dərhal sonra kondisionerin işə salınması deyildiyi kimi həqiqətən təhlükəlidirmi?

2 Avqust 2023 09:46
Bəyəndim (0) Bəyənmədim (0)

Biz indi qızmar istinin əsiriyik. Avtomobillərimizdəki kondisionerlər həyatları xilas edir. Bəs avtomobilinizin kondisionerinin sağlamlığınızı ciddi şəkildə təhdid edə biləcəyini bilirsinizmi?

Avtomobillərin kondisioneri xüsusilə avtomobilə mindikdən sonra ilk dəfə işə salındıqda hətta xərçəngə səbəb olan “benzol” adlı zəhərli qaz buraxa bilir. Bu mövzuda aparılan araşdırmalar qeyri-kafi olduğu üçün hələ də tam əminlik olmasa da, irəli sürülən iddiaların kiçik bir hissəsi belə doğrudursa, həyatınızı riskə atmış olursunuz. Daha çox isti yay aylarında avtomobilin həddən artıq qızması nəticəsində əmələ gəlsə də, benzol əslində son dərəcə zəhərli qazdır ki, ona daim diqqət yetirməliyik.

Bəs avtomobilimizin kondisionerini işə salmazdan əvvəl nə etməliyik? Bu qazın pis təsirlərindən qaçmaq üçün bir neçə sadə yol var. Bu son dərəcə təhlükəli vəziyyətə daha yaxından nəzər salaq.

Maşına mindikdən sonra ilk işiniz nədir? Çox isti və ya soyuq bir gündürsə, siz dərhal maşını işə salıb kondisioneri işə salırsınız. Etdiyiniz iş sizi və ətrafınızdakı insanların həyatını təhlükə altında qoya bilər. Avtomobilin kondisioneri ventilyasiya edilmədikdə zəhərli səviyyələrə çata bilən kimyəvi birləşmə olan benzol buraxa bilər. Avtomobilin içərisindəki plastik hissələr səbəbindən yığılan benzol kondisionerlə birləşdikdə insan sağlamlığı üçün böyük problem yarada bilər. Avtomobildə bu benzolun səviyyəsi ilə bağlı araşdırmalar davam edir.

Benzolun bu qədər vacib olmasının səbəbi onun son dərəcə ciddi ziyan vurmasıdır. Bu qaz sümüklərinizi zəhərləyir, böyrəklərinizi və qaraciyərinizi zədələyir, qan azlığına səbəb olur və ağ qan hüceyrələrini azaldır. Uzun müddət məruz qaldıqda müxtəlif xərçənglərə, xüsusən də leykemiyaya səbəb olur.

Avtomobildə nə qədər benzolun yığılması ilə bağlı çox araşdırma aparılmasa da, çox fərqli məlumatlarla rastlaşırıq. Bu iddialar arasında 16 dərəcədən yuxarı temperaturda, xüsusilə də pəncərələri bağlı park edilmiş avtomobilin 2000-4000 mq-a qədər benzol toplaya biləcəyi məlumatına çatırıq. Bu dərəcə məqbul səviyyənin 40 qatına uyğundur. Ancaq burada bir səhv var. Qaz ölçüləri m^3^ və ya kq/m^3 vahidlərindən istifadə etməlidir. NCBI-də dərc edilən araşdırmaya görə, avtomobillərdəki benzol səviyyələri kubmetr üçün 0,013 mq ilə 0,56 mq arasındadır. Bu dəyər iddia edilən dəyərdən xeyli aşağıdır, lakin NCBI bu məsələ ilə bağlı daha çox araşdırmaya ehtiyac olduğunu da bildirir. Bütün bu məlumatlarla yanaşı, 17 iyul 2017-ci il tarixində Teyit.org saytında bununla bağlı məzmun dərc olunub. Teyitin araşdırmasına görə, bu məsələni yekunlaşdırmaq mümkün olmayıb.

Avtomobilə mindiyiniz zaman mühitdə müəyyən miqdarda benzol var, ancaq pəncərələri açmadan kondisioneri birbaşa işə salsanız, bu benzolu çox ciddi səviyyələrdə ciyərlərinizə udmuş ​​olacaqsınız. Kondisionerdən əlavə, daxili sirkulyasiya düyməsini yandırsanız, bu zəhərli qazı buraxmaq əvəzinə avtomobilin içərisində dövr etməyə başlayacaqsınız.

Bu mövzuda araşdırmalar konkretləşənə qədər bu son dərəcə zəhərli qazdan xilas olmaq üçün avtomobilinizə vaxt verməlisiniz. Maşına minən kimi pəncərələri açmaq qazın uçmasına kömək edəcək. Pəncərələr 4-5 dəqiqə açıq olduqdan sonra pəncərələr açıq ikən kondisioneri işə salıb sonra pəncərələri bağlaya bilərsiniz...

Murad Şahməmməd