ABŞ "General Motors"la bağlı təhqiqata başlayıb

ABŞ "General Motors"la bağlı təhqiqata başlayıb

1 Aprel 2014 12:29
Bəyəndim (0) Bəyənmədim (0)

Amerika Birləşmiş Ştatlarının nəhəng avtomobil konserni "General Motors" bütün dünyada daha 1 milyona avtomobilini geri çağırıb. Geri çağırışa həmin avtomobillərin sükan gücləndiricisi ilə bağlı problemlərin əsas verdiyi bildirilir.

Ötən həftə şirkət alışdırma kilidində problemlərlə əlaqədar 2,5 milyon azlitrajlı avtomobilini, fevral ayında isə 1,6 milyondan çox köhnə model avtomobilini geri çağırmışdı. "General Motors" konserninin analitikləri şirkətin itkilərini 750 milyon dollar həcmində qiymətləndirirlər.
Şirkətin geri çağırışları Amerika Birləşmiş Ştatlarının Ədliyyə Nazirliyi tərəfindən də araşdırılır. Buna "General Motors" avtomobillərində nasazlıq səbəbindən baş verən qəzalarda azı 12 nəfərin ölməsi faktı əsas verib./ans/

Mediainfo.az