"Sultan Süleyman"ı rus pərəstişkarları təbrik etməyə hazırlaşırlar

"Sultan Süleyman"ı rus pərəstişkarları təbrik etməyə hazırlaşırlar

21 Aprel 2014 12:52
Bəyəndim (0) Bəyənmədim (0)
Ruslar Türkiyəyə axışacaqlar

Tanınmış türk aktyoru Halit Ergincin aprel ayının 30-da ad günüdür. "Möhtəşəm yüzyıl" serialının lideri olan "Sultan Süleyman"nın rus pərəstişkarları onun üçün sürpriz hazırlayıblar. Belə ki, Rusiyada maraqla izlənilən "Möhtəşəm yüzyıl"ın tamaşaçıları H.Erginclə görüşməkdən ötrü aprelin 30-da İstanbula yola düşməyə hazırlaşırlar.

Deyilənə görə, hələlik aktyorun bu sürprizdən xəbəri yoxdur. Amma aprelin 30-da evinin önündə rus pərəstişkarlarını görəndə çox təəccüblənəcək və bu, yəqin ki, bu onun üçün əsl doğum günü hədiyyəsi olacaq!

Hazırladı: Günel Həbib