Sükan arxasında SMS yazanlar, bunu mütləq oxuyun!

Sükan arxasında SMS yazanlar, bunu mütləq oxuyun!

26 Sentyabr 2014 16:32
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın "ComSonics" şirkəti polislərə uzaq məsafədən sükan arxasında SMS yazan sürücüləri müəyyən etməyə imkan verəcək qurğu yaradıb. Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "The Daily Mail" nəşrinə istinadən məlumat verib.

Qurğu xarici görünüşünə görə radardan fərqlənmir. Cihaz SMS göndərilən zaman telefonu şüalandıran xüsusi tezlik radiodalğalarını müəyyən edərək ekrana daxil edir. Bundan sonra polisə yalnız sürücünü saxlamaq və ya onun avtomobilinin nömrəsini yazmaq qalır.

Növbəti ildə satışa çıxarılması planlaşdırılan yeni radar SMS-i kimin – sürücü və ya sərnişinin yazmasını da müəyyən edir. Bu, polisə qaydanı pozanları saxlamağa və onları cərimə etməyə imkan verəcək.

Radardan istifadənin başlanmasını yubadan amillərdən biri sürücünün telefonundan trafikin izlənməsinin şəxsi həyata müdaxilə olub-olmaması ilə bağlı olan məsələdir.

Alimlər sübut ediblər ki, avtomobili idarə edərkən SMS bildirişin yazılması reaksiyanı xeyli zəiflədir. Eləcə də avtomobil yolunun trayektoriyasının dəyişdirilməsi və toqquşma ehtimalını iki dəfə artırır.

Mediainfo.az