Şeytana 100 minlik heykəl
Deyroytda satanistlər İblisə heykəl qoyublar.
Heykəl qapalı tədbir zamanı təqdim olunub. Tədbirə girmək istəyənlər 25, heykəllə şəkil çəkdirmək istəyənlər isə 75 dollar ödəyiblər.
Fox TV xəbər verir ki, bu `tarixi mərasimdə` iştirak etmək üçün `İblis Məbədi` adlanan yerə bütün ştatlardan insanlar gəlib.
Dindar xristianlar tədbiri pozmaq istəsələr də, gücləndirilmiş mühafizə buna imkan verməyib. "Bizim borcumuz hər kəsin inanc azadlığını müdafiə etməkdir",- deyə məbədi qoruyan polislərdən biri Fox TV-yə bildirib.
Satanistlər hökumətə müraciət edərək, heykəlin Arkanzas ştatının inzibati mərkəzi olan Litl-Rok şəhərində merlik binasının qarşısında qoyulmasını xahiş edəcəklər.
Mediainfo.az
Digər xəbərlər





































































.jpg)

.jpg)























