ABŞ-da UNO-ya bənzər obyekt tapıldı

ABŞ-da UNO-ya bənzər obyekt tapıldı

10 Oktyabr 2018 14:24
Bəyəndim (0) Bəyənmədim (0)

Cənubi Karolina sahillərində yerləşən çimərlikdə kosmik gəminin bir hissəsini xatırladan silindr formalı naməlum obyekt tapılıb.

Kult.az xəbər verir ki, naməlum obyektin mənşəyi ilə bağlı müxtəlif versiyalar irəli sürülüb.

Bəziləri onun UNO, bəziləri isə drenaj sisteminin bir parçası olduğunu iddia etsə də, "Ulduz müharibələri"nin azarkeşləri obyektin "ulduz ölümü"nün məhsulu olduğunu qeyd ediblər.

Naməlum obyekti yerli orqanlar tədqiqat üçün ərazidən götürüblər.