Yadplanetlilər Yerə nə göndərir? – Alimlərdən şok açıqlama

Yadplanetlilər Yerə nə göndərir? – Alimlərdən şok açıqlama

11 Noyabr 2018 17:18
Bəyəndim (0) Bəyənmədim (0)

Günəş sistemində peyda olan "Oumuamua" adlı cismin mənşəyi barədə Harvard Universitetinin alimləri sensasion açıqlama veriblər.

Harvard alimləri Şmuel Biali və Abraham Löv ilk dəfə 2017-ci ildə peyda olan "Oumuamua"nın hansısa bir yadplanetli sivilizasiyasına aid kosmik gəmi ola biləcəyini açıqlayıblar.

Aimlərin fərziyəsi təsdiqlənməsə də, bir çox alim cismin ölçülərinə baxmayaraq, öz-özünə təcil alması faktını nəzərə alaraq, bu versiyanı istisna da etməyib.

Qeyd edək ki, hər iki alim ötən ay da "Oumuamua" ilə bağlı öz versiyalarını irəli sürmüşdülər. Axar.az