COP29 “yaşıl” enerji ilə təchiz ediləcək
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP29) Tərəflərin Konfransının 29-cu sessiyası zamanı Bakı Olimpiya Stadionunun enerji təchizatı günəş enerjisi sistemi, HVO bioyanacaq generatorları və su elektrik enerjisindən istifadə etməklə təmin ediləcək.
Bu barədə Azərbaycanın COP29 əməliyyat şirkəti məlumat yayıb.
Qeyd olunur ki, konfransın enerji təminatı üçün bərpa olunan mənbələrdən tam istifadə edilməsi onun davamlı inkişaf prinsiplərinə uyğunluğunu təsdiqləyir.
"Bütün bu tədbirlər COP29-u təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün “yaşıl” enerji və davamlı inkişaf nümunəsinə çevirir", - əməliyyat şirkəti bildirib.
Digər xəbərlər