
Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu və mülki işçiləri mükafatlandırılıb SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən 6 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 6 nəfər “Vətən uğrunda” medalı ilə, 4 nəfər “İgidliyə görə” medalı ilə, 47 nəfər isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.
Azərbaycan Prezidentinin digər Sərəncamına əsasən Müdafiə Nazirliyinin 4 hərbi qulluqçusuna “general-mayor” ali hərbi rütbəsi verilib.
Oxuməni.az
Digər xəbərlər